Şrift:
Pakistanda koronavirusdan birinci ölüm faktı qeydə alınıb
17.03.2020 [14:50] - Gündəm, Sosial
Pakistanın Pəncab əyalətində koronavirusdan birinci ölüm faktı qeydə alınıb.

Pakistan mətbuatı xəbər verir ki, bu barədə jurnalistlərə Pəncab əyalətinin Səhiyyə naziri Yasmin Raşid məlumat verib. O deyib ki, İrandan gələn ölkə vətəndaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi, onu xilas etmək mümkün olmadı.

Nazir bildirib ki, Pəncab əyalətində bu virusa altı nəfər yoluxub.

Ümumiyyətlə Pakistanda koronavirusa yoluxanların sayı 195 nəfərə çatıb. Ölkədə isə ən çox bu virusa yoluxanlar Sind əyalətinin payına düşür. Bu əyalətdə xəstəliyə tutulanların sayı 100-ə çatıb.
Bu xəbər oxucular tərəfindən 306 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed