Şrift:
AZƏRTAC bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
17.03.2020 [15:02] - Gündəm, Siyasət
Məlum olduğu kimi, AZƏRTAC istirahət və bayram günləri də daxil olmaqla fasiləsiz rejimdə fəaliyyət göstərir. Bununla belə, koronavirusla bağlı yaranmış vəziyyət AZƏRTAC-ın İdarə Heyətinin iclasında müzakirə olunub.

İclasda qarşıdan gələn bayram günlərində agentliyin gücləndirilmiş iş rejimində işləməsi barədə qərar qəbul edilib. Qərara əsasən agentliyin əməkdaşları bayram günlərində istər ofisdə, istərsə də onlayn qaydada fəaliyyət göstərəcəklər.

Koronavirus riski ilə əlaqədar AZƏRTAC-ın iş rejimində hər hansı dəyişiklik olmayıb. Əməkdaşlar fəaliyyətlərini adi qaydada davam etdirir, işə daha məsuliyyətlə yanaşırlar. Nazirlər Kabineti yanında Operativ Qərargahın, Ümumdünya Səhiyyə Təşkilatının təlimat və tövsiyələrinə ciddi əməl olunur.

Qeyd edək ki, AZƏRTAC-ın ofisində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Binanın girişində və bütün mərtəbələrdə dezinfeksiya məqsədilə spirt tərkibli maye qoyulub. Müxbirlər tədbirlərə gedərkən tibbi maskalardan istifadə edirlər.
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed