Şrift:
Qırğızıstan hökuməti əcnəbilərin ölkəyə gəlməsinə qadağa qoyub
17.03.2020 [15:10] - Xəbərlər, Siyasət
Qırğızıstan hökuməti koronavirusla əlaqədar əcnəbilərin ölkəyə gəlməsinə qadağa qoyub.

Bunu Qırğızıstan Baş Nazirinin müavini Aytınay Omurbekova Bişkekdə keçirdiyi brifinqdə söyləyib.

O deyib ki, Qırğızıstandakı xarici vətəndaşlar ölkədən sərbəst çıxa bilərlər. Xarici dövlətlərdə yaşayan və işləyən vətəndaşlarımız isə istədikəri vaxt Qırğızıstana qayıda bilərlər. Bu qadağa Qırğızıstana gələn yük maşınlarına şamil edilmir.

A.Omurbekova vurğulayıb ki, Qırğızıstanda hələlik koronavirusa yoluxan olmasa da, karantinə 500 nəfər yerləşdirilib. İnanırıq ki, onlarda da virus aşkar olunmayacaq.

Baş Nazirin müavini vurğulayıb ki, ali və orta məktəblərdə üç həftəlik tətil elan olunub, vətəndaşlara xarici ölkələrə getməmək tövsiyə edilib.
Bu xəbər oxucular tərəfindən 341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed