Şrift:
Pekin Donald Trampın koronavirusu “Çin virusu” adlandırmasına etiraz edib
17.03.2020 [15:38] - Xəbərlər, Siyasət
Rəsmi Pekin ABŞ Prezidenti Donald Trampın yeni tip koronavirusu (COVID-19) “Çin virusu” adlandırmasına etiraz edib.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan Donald Trampın “Twitter” səhifəsindəki statusunda işlətdiyi “Çin virusu” ifadəsi Çinə ləkə vurmaq cəhdi kimi qiymətləndirib. O, ölkəsinin ABŞ rəsmilərinin COVID-19-u Çin ilə əlaqələndirmək cəhdlərinə sərt etirazını bildirib.

“Biz ABŞ tərəfini səhvlərini dərhal düzəltməyə və Çinin ünvanına əsassız ittihamlar dayandırmağa çağırırıq”, - deyən Qen Şuan əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı və beynəlxalq ictimaiyyət virusu hər hansı ölkə və region ilə bağlamaq cəhdlərinə qarşı çıxıb. Çin rəsmisi hazırda ən vacib məsələnin pandemiyaya qarşı mübarizədə əməkdaşlıq etmək olduğunu bildirib.

Qeyd edək ki, Prezident Donald Tramp şəxsi “Twitter” səhifəsində hökumətin “Çin virusu”ndan əziyyət çəkən ABŞ şirkətlərinə güclü dəstək verəcəyini yazıb.
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed