Şrift:
Polşadakı azərbaycanlılara xəbərdarlıq olunub
17.03.2020 [15:39] - Gündəm, Sosial
Son günlərdə Polşa ərazisində koronavirusa (COVID-19) yoluxanların sayında artımın qeydə alınması ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi Vətənə gəlmək istəyənlər üçün viza məhdudiyyətləri tətbiq edib.

Viza üçün müraciətlərdə ancaq xüsusi hallar nəzərə alınacaq. Bu hallarda xüsusi tibbi göstərişlər də tələb olunacaq.

Polşada yaşayan azərbaycanlılar arasında da virusa yoluxma şübhəsi yarandıqda bu ölkənin Milli Səhiyyə Fondunun telefon nömrəsi ilə əlaqə saxlamaq mütləqdir (Polyak və ya ingilis dillərində). Əlaqə telefonu: 800-190-590.
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed