Şrift:
ABŞ koronavirusla əlaqədar Avropaya qoşun göndərməkdən imtina edib
18.03.2020 [09:34] - Xəbərlər, Hərb
ABŞ NATO-nun Avropada və Baltikyanı ölkələrdə keçirməyi planlaşdırdığı “Defender Europe 2020” (“Avropanın Müdafiəçisi 2020”) genişmiqyaslı təlimində iştirak etmək üçün hərbi qulluqçularını göndərməyəcəyi barədə bəyanat yayıb.

ABŞ Avropaya şəxsi heyətin və texnikanın göndərilməsini dayandırıb.
Qeyd edilib ki, ABŞ-ın rəhbərlik etdiyi “Defender Europe 2020” təlimlərində 20 min Amerika hərbçisinin iştirakı gözlənilirdi. Bu, son 25 ildə Atlantik okeanı üzərindən həyata keçirilən ən böyük qoşun dislokasiyası olacaqdı. Təlimlər Almaniya, Polşa, Litva, Latviya, Estoniya və Gürcüstan da daxil olmaqla 10 Avropa ölkəsinin ərazisində keçirilməli idi.
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed