Şrift:
AZAL İstanbul-Bakı və Roma-Bakı reysləri ilə 391 azərbaycanlını vətənə gətirib
18.03.2020 [10:00] - Xəbərlər, İqtisadiyyat
Azərbaycanın milli aviadaşıyıcısı martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətindən bildirilib ki, AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 sərnişini vətənə gətirib.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed