Şrift:
Özbəkistanda koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb
18.03.2020 [10:33] - Gündəm, Sağlıq
Özbəkistanda koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb.

Bu gün səhər saatlarında Özbəkistan Səhiyyə Nazirliyindən bildiriblər ki, son bir sutka ərzində İstanbuldan Daşkəndə gələn daha 3 nəfərdə bu koronavirus aşkarlanıb.

Özbəkistanda koronavirus ilk dəfə Parisdən gələn Özbəkistan vətəndaşında aşkar edilib. Bir gün sonra məlum olub ki, o qadının oğlu, qızı, həyat yoldaşı, nəvəsi və bir yaxın qohumu da bu virusa yoluxublar.

Sonra isə London və Türkiyədən gələn insanlarda koronavirus tapılıb və beləliklə bu xəstəliyə tutulanların sayı 13-ə çatıb.
Məlumatda bildirilir ki, koronavirusa yoluxan xəstələrin hamısı Elmi-Tədqiqat Virusologiya İnstitutunun klinikasında müalicə alırlar.
Bu xəbər oxucular tərəfindən 311 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed