Şrift:
Kürdəmirdə 3 kəndi birləşdirən avtomobil yolu yenidən qurulur
18.03.2020 [11:27] - Xəbərlər, İqtisadiyyat
Kürdəmir rayonunda 18 kilometr uzunluğu malik Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, başlanğıcını Bakı-Ələt-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 170-ci kilometrindən götürən Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolu 4 minədək əhalinin yaşadığı 3 kəndi əhatə edir. Yoluboyu genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağının inşası işləri görülür. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçiriləcək. Bunun üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunacaq. Tikinti işlərinin növbəti mərhələsində isə yolun asfaltlanması işlərinə başlanılacaq.

Layihə çərçivəsində yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə avtobus dayanacaqlarının tikilməsi, yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin, eləcədə siqnal dirəklərinin quraşdırılması işləri də aparılacaq.

Yenidənqurma işlərinin cari il ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 56 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed