Şrift:
Beynəlxalq Ana Dili Günündə saxlanılan güney azərbaycanlı fəalların həbs qərarı icraya qoyulur
18.03.2020 [11:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Baharistan İnqilab Məhkəməsinin 2-ci şöbəsi (Dadsəra) Beynəlxalq Ana Dili Günündə saxlanılan güney azərbaycanlı fəallara həbs hökmlərinin icrası haqda çağırış vərəqəsi göndərib.



Martın 17-də göndərilən çağırış vərəqəsinə əsasən Əkbər Azad, Həmid Manafi, Əlirza Fərşi, Behnam Şeyxi, Rüstəm Kazimpur, Əziz Fərşi, Mənsur Fəthi və Mahmud Ocaqlu 5 gün ərzində Baharistan İnqilab Məhkəməsinin hökmləri icra edən bölümünün ikinci şöbəsinə müraciət etməlidir.



Bir müddət əvvəl Tehran Apellyasi Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etmək ittihamı ilə saxlayıb, bir neçə gün sonra müvəqqəti azadlığa buraxmışdır. Həmçinin apellyasiya məhkəməsi adı çəkilən fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib. Onlardan mühəndis Əlirza Fərşi hal-hazırda həbsdədir.



Adlarını çəkdiyimiz fəallar 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilmişdir:

1- Əlirza Fərşi 15 il həbs və 2 il Xuzistan Əyalətinin Bağməlik şəhərinə sürgün edilmə hökmü ilə üzləşmişdir.

2- Əkbər Azad 10 il həbs və 2 il İlam Əyalətinin Dərreşəhr şəhərinə sürgün edilmə hökmü ilə üzləşmişdir.

3- Behnam Şeyxi 10 il həbs və 2 il Xuzistan Əyalətinin “Məscid Süleyman” şəhərinə sürgün edilmə cəzası ilə üzləşmişdir.

4- Həmid Manafi Nadarlı 10 il həbs və 2 il Loristan Əyalətinin Azna şəhərinə sürgün edilmə cəzası ilə üzləşmişdir.



Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarli daha 3 azərbaycanlı fəalla birlikdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün yaxalandıqdan bir müddət sonra vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdır.
Bu xəbər oxucular tərəfindən 258 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed