Şrift:
Pambıq lifi və ipliyinin ixracı artıb
18.03.2020 [11:37] - Gündəm, İqtisadiyyat
Yanvar-fevral aylarında Azərbaycandan 21,7 min ton pambıq lifi və 2,7 min ton pambıq ipliyi ixrac edilib.

Dövlət Gömrük Komitəsi (DGK) xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 30,3 milyon, pambıq ipliyinin dəyəri isə 6,2 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 25,9 milyon dollarlıq 17,8 min ton pambıq lifi, 3,6 milyon dollarlıq 1529 ton pambıq ipliyi ixrac edilib.
Bu xəbər oxucular tərəfindən 301 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed