Şrift:
Bu gün şahmat üzrə iddiaçılar turnirinin ikinci turunun oyunları keçiriləcək
18.03.2020 [11:52] - Gündəm, İdman
Martın 18-də Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirinin ikinci turunun oyunları keçiriləcək.

Səkkiz şahmatçının mübarizə apardığı turnirin ikinci turunda rusiyalı şahmatçılardan Kiril Alekseyenko amerikalı Fabiano Karuana, Aleksandr Qrişuk həmvətəni Yan Nepomnyaşi, çinli Hao Yanq Niderland təmsilçisi Aniş Giri, onun həmyerlisi Liren Dinq fransalı Maksim Vaşe-Laqrav ilə mübarizə aparacaqlar.

On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.

Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin tarixə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina edib.
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed