Şrift:
Malayziya koronavirus pandemiyasına görə, sərhədləri, məktəbləri və müəssisələri bağlayıb
18.03.2020 [12:05] - Xəbərlər, Siyasət
Malayziya hökuməti koronavirus pandemiyasına görə, sərhədləri, məktəbləri və müəssisələri bağlayıb. Martın 18-dən tətbiq edilən qadağaya əsasən, Malayziya vətəndaşlarından ölkəni tərk etməmək, əcnəbi qonaqlardan isə bura gəlməmək xahiş olunub.

Malayziya KİV-ləri xəbər verir ki, həmin tədbirlər ölkədə koronavirusa yoluxanların sayının kəskin artmasına görə qəbul edilib. Belə ki, son məlumatlara görə, hazırda Malayziyada koronavirus infeksiyasına yoluxanların sayı 600-ə çatıb. Bu, Cənub-Şərqi Asiya ölkələri arasında ən yüksək göstəricidir.
Baş Nazir Muhiddin Yassinin bildirdiyinə görə, martın 18-də qüvvəyə minən bu qərar ayın sonunadək davam edəcək. Həmin qərara əsasən, mühüm xidmətlər və milli təhlükəsizlik sahələri istisna olmaqla, bütün dövlət və özəl müəssisələr bağlanıb. Bununla yanaşı, uşaq bağçaları, məktəblər və universitetlər də fəaliyyətini dayandırıb. Kütləvi toplantılar və dini tədbirlər qadağan olunub.
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed