Şrift:
İranda çərşənbə mərasimləri zamanı baş vermiş bədbəxt hadisələr nəticəsində 2 nəfər ölüb, yüzlərlə insan yaralanıb
18.03.2020 [12:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dünən İranın müxtəlif bölgələrində keçirilmiş çərşənbə mərasimləri zamanı baş vermiş bədbəxt hadisələr zamanı 2 nəfər ölüb, 751 nəfər yaralanıb.



İran Təcili Tibbi Yardım Xidmətinin yaydığı məlumata görə, yaralananlardan 612-si kişi, 139-u qadındır. Yaraları yüngl olan 520 nəfər zəruri tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.



Məlumatda bildirilir ki, ciddi xəsarət alan 39 nəfərin müxtəlif bədən üzvləri amputasiya edilib, 229 nəfərin isə görmə qabiliyyəti ciddi şəkildə zədələnib.



Ən çox yaralanma halı 190 nəfər olmaqla, paytaxt Tehranda qeydə alınıb. 2-ci yerdə 93 yaralı ilə Qərbi Azərbaycan, 3-cü yerdə isə 82 yaralı ilə Şərqi Azərbaycan əyalətləri gəlir.



Bədbəxt hadisələrin hansı səbəbdən baş verdiyi açıqlanmasa da, İranda hər il çərşənbə və Novruz bayramlarında kustar üsulla hazırlanmış partlayıcıların onlarla insanın ölməsi və yaralanmasına səbəb olduğunu nəzərə alsaq, dünən yaşanan hadisələrin də oxşar səbəbdən baş verdiyini düşünmək olar.



Digər tərəfdən, koronavirus pandemiyası səbəbindən İran Səhiyyə Nazirliyi insanları evlərində qalmağa, xüsusilə bayram günlərində çölə çıxmamağa və səfərə getməməyə çağırır.
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed