Şrift:
Qaş və kipriklərin tökülməsi
18.03.2020 [14:32] - Gündəm, Sağlıq
Qadınların tez-tez üzləşdiyi problemlərdən biri qaş və kipriklərin tökülməsi və zəifləməsidir. Təbii ki, insan orqanizmi daim yeniləndiyi üçün normaldır. Lakin bu şiddətli hal aldıqda həkimə müraciət etmək lazımdır. Əksər hallarda buna kimyəvi maddələr, keyfiyyətsiz kosmetik vasitələr, bəzən də daxili problemlər səbəb olur.

Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: “Qaş və kipriklərin tökülmə səbəbləri hormonal problemlərlə əlaqədar olur, həmçinin hamiləlik dövrü və stress də ona səbəb olan əsas amillərdəndir. Süni kipriklərdən istifadə zamanı kipriklərin dibi tamamilə bağlı olduğuna görə soğancıqların cücərməsinə zərər verir. Süni kipriklərin tökülməsini laminasiya ilə bərpa etmək mümkündür”.

Gündəlik qida rasionunun çoxçeşidliyi və rəngarəngliyi daha sağlam və gur kipriklərə sahib olmağa kömək edir. Vitamin və mikroelementlər qaş və kipriklərin uzanma və güclənməsinə kömək edir.

Həkim-dermatoloq bu barədə məsləhət verərək bildirib: “Dəri kimi kiprik və qaşlar üçün də bir müddət makiyajsız qalmaq, nəfəs almaq faydalıdır. Bundan əlavə onlara düzgün qulluq göstərməklə də inkişafını təmin etmək olar”.

Onun dediyinə görə, qaş üçün istifadə olunan yağlardan biri də gənəkərçək yağıdır. Gənəkərçək yağı kipriklərin uzanmasına və daha qalın görünməsinə kömək edir. Normal halda yatmazdan əvvəl qaşa və kipriyə çəkilməsi müalicəvi təsir göstərir.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed