Şrift:
“Azərişıq” öz xidmətlərini onlayn formada davam etdirir
18.03.2020 [15:32] - Gündəm, İqtisadiyyat
“Azərişıq” ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn formada davam etdirilir.

ASC-dən bildirilib ki, bu gündən etibarən “Facebook” və “Instagram” vasitəsilə canlı bağlantı, eləcə də “Whatsapp” üzərindən müraciətlərin qəbulu həyata keçirilir. Martın 29-dək ASC tərəfindən onlayn müraciətlərin qəbuluna daha çox üstünlük veriləcək. Əsasən, yeni “Whatsapp” nömrəsi üzərindən “Azərişıq” ASC-nin göstərdiyi bütün xidmətlər barədə məlumat almaq mümkündür. Bununla yanaşı, sosial şəbəkələrdə daha operativ xidmət göstərmək üçün bayram günləri ilə əlaqədar olaraq rəsmi “Facebook” və “Instagram” səhifələrində canlı bağlantı həyata keçiriləcək. Vətəndaşların hər hansı bir sualı yaranarsa, suallarını sosial şəbəkələr vasitəsilə canlı bağlantı zamanı ünvanlaya bilərlər. Həmçinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstəriləcək.

Vətəndaşlar yaranmış suallarını və müraciətlərini təyin olunmuş “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı “199” Çağrı mərkəzi, “Facebook” (Azərişıq ASC ) , “Instagram”, “info@azerishiq.az” və “Whatsapp” nömrəsinə (+99477 217-67-62) də yönləndirə bilərlər.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed