Şrift:
Polis bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
18.03.2020 [15:33] - Xəbərlər, Hüquq
Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polisin gücləndirilmiş iş rejimindəki fəaliyyəti Novruz bayramı günlərində də davam etdiriləcək.

Belə ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarının şəxsi heyəti Novruz bayramı günlərində ictimai asayişin daha nümunəvi qorunması məqsədilə martın 20-dən 27-dək gücləndirilmiş iş variantında xidmət edəcəklər.
Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed