Şrift:
Misirdə koronavirusdan ölənlərin sayı 6 nəfərə çatıb
18.03.2020 [15:34] - Gündəm, Sağlıq
Son iki gün ərzində Misirdə daha iki nəfər koronavirus səbəbindən həyatını itirib.

Misir Səhiyyə Nazirliyinin xəbər verir ki, həyatını itirənlər 78 yaşlı İtaliya vətəndaşı və 70 yaşlı Qahirə sakinidir. Beləliklə, ölkədə COVID-19 virusundan ölənlərin sayı 6 nəfərə çatıb.

Məlumatda qeyd olunur ki, martın 17-də Misirdə koronavirusa 30 yoluxma faktı qeydə alınıb. COVID-19 virusuna yoluxanların ümumi sayı isə 196 nəfərdir. Ölkənin xəstəxanalarında koronavirus müayinəsi aparan daha 6 laboratoriya açılıb. Son iki gündə səhiyyə müəssisələrinə qızdırma şikayəti ilə müraciət edən 34 nəfərdə isə koronavirus aşkarlanmayıb.
Misir hökuməti pandemiyanın qarşısını almaq məqsədilə turizm sektorunun fəaliyyətini dayandırıb. Otellərdə dezinfeksiya işləri aparılır, məscidlərdə cümə namazı da daxil olmaqla, kütləvi ibadət qadağan edilib, kinoteatr, konsert zalları və aeroportlar bağlanılıb. Bundan başqa, hökumət tibbi spirt və maskaların ixracını dayandırıb.
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed