Şrift:
Yaxın Şərq və Körfəz ölkələrində koronavirusa yoluxanların sayı artıb
18.03.2020 [16:35] - Gündəm, Sağlıq
Son 24 saat ərzində Yaxın Şərq və Körfəz ölkələrində koronavirusa yoluxanların sayı artıb.

Rəsmi məlumatlara görə, Küveytdə son sutkada COVID-19 virusuna daha 12 yoluxma faktı qeydə alınıb, xəstələrin ümumi sayı 142 nəfərə çatıb. Koronavirusa yeni yoluxanlar arasında ABŞ, Fransa və İspaniya vətəndaşları var.

Birləşmiş Ərəb Əmirliklərində martın 17-də koronavirusa 15 yeni yoluxma faktı aşkarlanıb. Hazırda bu ölkədə xəstələrin ümumi sayı 113 nəfərdir. Onların arasında ABŞ, Almaniya, Rusiya, Qırğızıstan, Ukrayna, Avstraliya vətəndaşlarının da olduğu bildirilir.

Yoluxma hallarının 190-na çatdığı Səudiyyə Ərəbistanında koronavirusa qarşı mübarizə tədbirləri gücləndirilib. Martın 17-dən etibarən özəl sektorda yeni iş qaydaları tətbiq olunub. Belə ki, insanlar ofislərdə deyil, evlərində işləyəcəkələr. Bundan başqa, Ər-Riyadın təşəbbüsü ilə koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində gələn həftə G-20 ölkələrinin fövqəladə virtual sammiti keçiriləcək.

Körfəz ölkələrindən Bəhreyndə koronavirusdan ilk ölüm faktı qeydə alınıb. Bu ölkədə xəstələrin ümumi sayı 237 nəfərə çatıb.

Qətərdə COVID-19 virusuna 442 nəfər yoluxub. Paytaxt Dohada otellər və kütləvi tədbirlərin keçirildiyi məkanlar 14 gün müddətinə bağlanılıb.
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed