Şrift:
İranda cümə namazı bu həftə də ləğv edilib
18.03.2020 [16:36] - Güney Azərbaycan xəbərləri
İranda martın 21-i qılınacaq cümə namazları da ləğv edilib.



Bu barədə məlumat yayan İranın İmam-Cümələrin Siyasi Şurası bildirib ki, qərara əsasən, cari həftənin cümə günü də əyalət mərkəzlərində koronavirusun yayılmasının qarşısının alınmasına dair verilən tövsiyyələri nəzərə alaraq, cümə namazlarının qılınması ləğv ediləcək.



Şuranın yaydığı bəyanatda bildirilir ki, Səhiyyə naziri Səid Nəməki ilə aparılmış müzakirələr zamanı o, cümə namazlarının koronavirusun nəzarət altına alınmasına qədər ləğv edilməsinin zəruri olduğunu deyib. Bu səbəbdən Şura pandemiyanın qarşısının alınması üçün cümə namazları da daxil olmaqla, toplu şəkildə həyata keçirilən dini ibadətlərin cari həftə ərzində də ləğv edilməsinə qərar verib.



Xatırladaq ki, son iki həftə ərzində Koronavirusla Mübarizə üzrə Milli Qərargahın tövsiyələri əsasında son iki həftə ərzində İranın əyalət mərkəzlərində cümə namazları qılınmayıb.



Digər tərəfdən, bir neçə gün öncə Məşhəddə "imam Rza hərəmi", eləcə də digər bölgələrdə yerləşən bir neçə dini ziyarətgahların bağlanması barədə qərar qəbul edilmişdi. Bu il həmçinin "dini lider" Əli Xamneyi Novruz bayramında "imam Rza hərəmi"ndə etdiyi illik çıxışı koronavirus səbəbindən ləğv edib.
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed