Şrift:
Jurnalistlər Gürcüstanın hökumət binasına buraxılmayacaqlar
19.03.2020 [09:31] - Gündəm, Borçalı
Gürcüstanın Hökumət Administrasiyası koronavirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə jurnalistlərlə yeni iş rejiminə keçib.

Bu barədə Gürcüstan Baş Nazirinin mətbuat katibi İrakli Çikovani məlumat verib.

O deyib ki, bundan sonra jurnalistlər administrasiya binasında təşkil olunan mətbuat konfranslarına və brifinqlərə buraxılmayacaqlar. Gürcüstanın Birinci kanalı mətbuat konfransı və brifinqləri canlı yayımlayacaq. Gürcüstan parlamenti və digər aidiyyəti dövlət orqanlarının da eyni qərar qəbul edəcəkləri gözlənilir.
Qeyd edək ki, bu gün Gürcüstanda kornavirusa 38 yoluxma halı təsdiqlənib. Karantində 1261, stasionar nəzarətdə isə 216 nəfər saxlanılır.
Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed