Şrift:
Böyük Britaniyada koronavirus pandemiyasının yayılması nəticəsində məktəblər bağlanacaq
19.03.2020 [09:36] - Xəbərlər, Siyasət
Böyük Britaniyanın Baş Naziri Boris Conson Parlamentdəki mətbuat konfransında koronavirusun yayılması nəticəsində ölkədə məktəblərin bağlanacağını açıqlayıb.

O, ölkədə koronavirus səbəbi ilə ölənlərin sayının 104-ə ,xəstəliyə yoluxanların isə ümumi sayının 2626-ya yüksəldiyini söyləyib.

Şimali İrlandiyada məktəblərin bu gündən etibarən bağlandığı bildirilsə də, Şotlandiya və Uels muxtar hökumətləri məktəblərin cümə gününə qədər bağlanacağını açıqlayıblar.
Təhsil naziri Qevin Uilyamson bu il imtahanların keçirilməyəcəyini bildirib.
Bu xəbər oxucular tərəfindən 267 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed