Şrift:
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 200 min nəfəri ötüb
19.03.2020 [09:39] - Gündəm, Sağlıq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayının 200 min nəfəri ötdüyünü elan edib.

Bu barədə məlumatı təşkilatın baş direktoru Tedros Gebreyesus Cenevrə şəhərində keçirilən brifinqdə verib. O, koronavirus infeksiyasını “bəşəriyyətin düşməni“ adlandırıb və indiyədək səkkiz mindən çox insanın virusla əlaqədar həyatını itirdiyini qeyd edib.

Tedros Gebreyesus Afrika ölkələrini ağır dövrə hazır olmağa çağırıb. O, bildirib ki, Afrika ayılmalıdır və elə bu gündən virusa qarşı ciddi mübarizəyə başlamalıdır. Dünyanın bir sıra ölkələrində virusun yayılması bəlli bir dönüş nöqtəsindən sonra sürətlə artmağa başlayır və buna görə də insanlara qarşı misli görünməmiş təhlükə tam şəkildə ciddiyə alınmalıdır.

ÜST rəhbəri virusa qarşı mübarizədə hazırda dünyanın bir çox ölkələrində əks təsir maddəsinin hazırlanması istiqamətində birgə tədqiqatlar apardıqlarını da ifadə edib. O, qeyd edib ki, bu araşdırma əhatəli beynəlxalq xarakter daşıyır və əsas hədəfi hansı müalicə üsullarının daha effektli olduğuna dair mühüm və etibarli məlumatları əldə etməkdən ibarətdir. Bu tədqiqatların adı ümumiləşdirilmiş şəkildə həmrəylik adlanır və bir çox ölkə həmin tədqiqatlarda yaxından iştirak edir.
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed