Şrift:
İranda koronavirus 3.5 milyon insanın həyatına son qoyacaq- Şok araşdırmanın detalları
19.03.2020 [10:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın Şərif Texnologiya Universitetinin tədqiqatçıları koronavirusun İranı cənginə almasının nəticələrini sınamaq üçün komputer simulyatoru hazırlayıblar.



Araşdırmaçıların fikrinə görə, ən yaxşı halda- yəni hökumətin ən riskli bölgələri karantinə aldığı, insanların da karantin qaydalarına əməl etdiyi, habelə bütün zəruri tibbi vasitələrin təmin olunduğu vəziyyətdə belə pandemiyanın ölkədə yayılması 1 həftədən az bir müddətdə öz pik nöqtəsinə çatacaq və ölü sayı 12000-i keçəcək. Lakin hökumətin karantin qərarı vermədiyi və insanların da qaydalara əməl etmədiyinə diqqət çəkərək, bu versiyanın mümkün olmadığını, göstərilən zaman dilimində insan tələfatının daha yüksək olacağını proqnozlaşdırırlar.



Tədqiqatçılar pik nöqtənin may ayının sonunda reallaşacağının daha inandırıcı olduğu qənaətindədirlər. Belə ki, həmin vaxt pandemiya ölkənin əksər hissələrinə ayaq açacaq və ölənlərin sayı 3.5 milyon nəfəri keçəcək.


Xatırladaq ki, son rəsmi statistikaya əsasən, İranda koronavirusdan ölənlərin sayı 1135 nəfərə, pandemiyaya yoluxanların sayı isə 17361 nəfərə yüksəlib.
Bu xəbər oxucular tərəfindən 232 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed