Şrift:
Qərbi Azərbaycanın Xoy bölgəsində zəlzələ olub
19.03.2020 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan Əyalətində yerləşən Xoy şəhərinin Qotur məntəqəsində 4.3 bal gücündə zəlzələ baş verib.



İran Seysmoloji Mərkəzi tərəfindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 02:37-də qeydə alınıb.



Zəlzələnin episentri Qotur şəhərindən 7 kilometr məsafədə olub.



Məlumata əsasən, yeraltı təkanlarının ocağı 10 kilometr dərinlikdə yerləşib.



Dağıntı və tələfat haqda hələlik heç bir məlumat yoxdur.



Xatırladaq ki, fevralın 23-də Qotur məntəqəsində güclü zəlzələ baş verib, yeraltı təkanlar çox sayda kənddə dağıntılara səbəb olmuşdur. Hazırda 43 kəndin əhalisi soyuq hava şəraitində çadırlarda yaşayır.
Bu xəbər oxucular tərəfindən 227 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed