Şrift:
AZAL Budapeşt və İstanbuldan daha 360 Azərbaycan vətəndaşını Bakıya gətirib
19.03.2020 [10:53] - Xəbərlər, İqtisadiyyat
Martın 19-na keçən gecə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıdıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, bu, Azərbaycanın milli aviadaşıyıcısının Avropadan artıq ikinci çarter reysidir. Dünən Romadan Bakıya 161 nəfər sərnişin gətirilib.
Həmçinin martın 19-na keçən gecə İstanbul- Bakı istiqaməti üzrə 237 Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilib.

AZAL və “Aeroflot” aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edirlər. Bu günə qədər həmin reyslərlə Bakıya 697 Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın milli aviadaşıyıcısı bu istiqamətdə işləri davam etdirəcək.
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed