Şrift:
Azərbaycan Universitetində videodərslərə start verilib
19.03.2020 [11:45] - Xəbərlər, Mədəniyyət
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin müvəqqəti dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması ilə əlaqədar olaraq tələbələrin dərs prosesindən kənar qalmaması üçün Azərbaycan Universitetində videodərslərə start verilib.

Universitetdən bildirilib ki, videodərslərdə mart ayında buraxılmış dərslərin başlıca tezisləri tələbələrə təqdim olunur, mühazirələrin tam mətni isə onların elektron poçt ünvanlarına göndərilir. Videoçəkilişi aparılan dərsləri universitetin rəsmi “Youtube” səhifəsindən https://www.youtube.com/user/AzerbaijanUnv izləmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed