Şrift:
Bütün tennis turnirləri koronavirusla əlaqədar iyunun 7-dək təxirə salınıb
19.03.2020 [12:24] - Gündəm, İdman
Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) və Qadın Tennisçilər Birliyinin (WTA) xətti ilə keçiriləcək bütün turnirlər yeni koronavirusla (COVİD-19) əlaqədar iyunun 7-dək təxirə salınıb.

Türkiyənin “Ntvspor.net” saytı xəbər verir ki, ATP-nin və WTA-nın birgə açıqlamasında iyunun 7-dək heç bir turnirin təşkil olunmayacağı bildirilib. Qərara əsasən, Madriddə və Romada qadın və kişi atletlərin iştirakı ilə keçirilməli olan turnirlərlə yanaşı, Strasburqda və Rabatda qadınlar, Münxen, Estoril, Cenevrə və Lion şəhərlərində isə kişilər arasında təşkili planlaşdırılan yarışlar ləğv edilib.
Bu xəbər oxucular tərəfindən 279 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed