Şrift:
Koronavirusla bağlı İsfahanda 40 min fəhlə işsiz qala bilər
19.03.2020 [14:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İsfahan əyaləti şöbəsinin rəhbəri Möhsün Nirumənd bölgədə 40 min fəhlənin işsiz qala biləcəyini deyib.



O bildirib ki, koronavirus pandemiyasının getdikdə ölkəni daha da cənginə alması səbəbindən sahibkarların fəhlələrlə olan müqavilələrini uzatmamaq ehtimalı var. Rəsmi əlavə edib ki, problemin həlli üçün dövlət işsizlik sığortası üzərində düşünür.



Möhsün Niruməndin sözlərinə görə, mövcud şəraitdə işsizlik sığortası işsiz sayıldığı hesab edilməyən 1 ildən aşağı iş təcrübəsi olanlara da şamil ediləcək.



İranda koronavirusun yayılmasından sonra mağaza sahibləri və fəhlələr də daxil olmaqla, bir çox peşə sahibləri öz gündəlik təlabatlarını ödəməkdə çətinlik çəkirlər.



Xatırladaq ki, İranın Ali Əmək Şurasının Əməkhaqqı Komitəsi bir müddət əvvəl kəskin inflyasiya və bahalaşma fonunda fəhlələrin yaşayış xərclərinin keçən ilə nisbətən 32% artdığını bəyan etmişdi. Bu səbəbdən dövlətin verəcəyi işsizlik sığortasının onların ehtiyaclarının cüzi hissəsini qarşılayacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed