Şrift:
Güney azərbaycanlı fəal Şahruz Bərzgərə bəraət verilib
19.03.2020 [14:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz sakini olan güney azərbaycanlı milli-mədəni fəal Şəhruz Bərzgər 2 nömrəli Cinayət Məhkəməsinin 105-ci şöbəsinə müraciət edərək hakim Firuz Şükrzadə tərəfindən çıxarılan bəraət hökmünü təhvil alıb.



İranın təhlükəsizlik qüvvələri 2019-cu il oktyabrın 25-də fəalın ata evinə qanunsuz şəkildə daxil olaraq Şəhruz Bərzgəri mərhum mühəndis Əmaninin vəfatının ildönümü mərasiminə qatılmaq istəməsi bəhanəsi ilə saxlamışdılar.



Hökmdə qeyd olunub ki, mülki geyimli məmurlar axtarış aparmaq məqsədi ilə evə daxil olmaq istəyərkən onlardan məhkəmə hökmü tələb olunub. Məmurlar bundan sonra gözyaşardıcı qazdan istifadə edərək Şəhruz Bərzgəri saxlayıb. Halbuki, məhkəmə hökmü tələb etmək qanunu pozmaq deyil. Bundan əlavə, heç bir təhqir və təhlükəsizlik qüvvələrinə tabe olmamaq faktı olmadığı üçün bəraət hökmü çıxarılır.



Qeyd edək ki, bundan əvvəl Şəhruzun qardaşı Şahin Bərzgər haqqında həmin məhkəmə işi üzrə icraata xitam verilmə qərarı çıxarılıb.



Bərzgər qardaşları bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed