Şrift:
ABŞ-ın neft ehtiyatları azalıb
19.03.2020 [14:51] - Gündəm, İqtisadiyyat
Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.

Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 412 min barrel azalıb. Bazar proqnozları ehtiyatların artacağı istiqamətində idi. Əvvəlki həftə isə ehtiyatlar 6,4 milyon barrel çoxalmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed