Şrift:
Azərbaycanda daha bir müəssisə tibbi spirt istehsalına başlayıb
19.03.2020 [15:09] - Xəbərlər, İqtisadiyyat
“CARÇIOGLU GROUP” MMC və Rusiyanın "Tatspirtprom” dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılan "RUS AZERI SPIRITS” zavodunda tibbi spirt istehsalına başlanılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.

Qeyd edək ki, Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi sprit istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır.
Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed