Şrift:
Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki vətəndaşlarımıza müraciət edib
19.03.2020 [15:26] - Xəbərlər, Siyasət
Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımıza müraciət edib.

Müraciətdə Fransada olan, Vətənə qayıtmaq istəyən və konsulluqda qeydiyyatdan keçməyən Azərbaycan vətəndaşlarından səfirliyimizin konsulluq şöbəsinin 0033 6 05 90 35 87 nömrəli “qaynar xətt”inə zəng edərək qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşların qeydiyyatına əsasən Fransadan Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa çarter reysinin təşkil olunması nəzərdə tutulur.

Çarter reysi haqqında əlavə məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed