Şrift:
Şirvanda üç ailənin yaşadığı ev yanıb
26.10.2011 [17:47] - Hadisə
Azərbaycanın Şirvan şəhərində üç ailənin yaşadığı evdə yanğın baş verib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Məlumatda bildirilir ki, bu gün saat 10:30 radələrində Şirvan şəhəri, 1 May küçəsi, ev 56-da, Vəliyev Vəlixan Abbas oğluna məxsus 3 ailənin yaşadığı evdə elektrik cərəyanında yaranmış qısaqapanma yanğına səbəb olub. Yanğın zamanı xəsarət alan olmasa da, evdəki bütün əşyalar yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğını lokallaşdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 601 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed