Şrift:
Fərəc Quliyevin Novruz bayramı təbriki
19.03.2020 [17:53] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Hörmətli, Həmvətənlər, Dünyanın hər yerində olan Soydaşlarım!

Sizi Novruz Bayramı münasibəti ilə şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası adından təbrik edirəm!
Novruz bayramı və onun mifoloji semantikasında olan ardıcıllıqlar bəşəriyyətin ən zəngin, köklü və İlahi mədəniyyətinə sahib olduğumuzun təsdiqidir.
Bu böyük mədəniyyətin daşıyıcısı olmağımızdan qürur duyur, Novruzun fəlsəfi mahiyyətindən doğan ən xoş istəkləri- ailəmizdə, dövlətimizdə, həm də dünyamızda ədalətə və firavanlığa sahib olmağı, gələn il bayram tonqallarını Şuşada,Xankəndində qalamağı arzulayıram! Sizi ən xoş arzularımla bir daha bu gözəl bayram münasibətilə ürəkdən təbrik edirəm!

Sayğılarla Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Fərəc Quliyev

Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed