Şrift:
Nigeriyada koronavirusa ilk yoluxma halı qeydə alınıb
20.03.2020 [10:22] - Gündəm, Sosial
Nigeriyada yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə “Reuters” agentliyi ölkənin Səhiyyə naziri İdi İyyasu Maynasara istinadla məlumat yayıb.

TASS informasiya agentliyi xəbər verir ki, xəstəliyə yoluxan 36 yaşlı qadın Nigeriya vətəndaşıdır. O, bu yaxınlarda Toqo, Qana, Kot-d'İvuar və Burkina-Fasoda olub.

Koronavirusa yoluxma halı 2019-cu ilin dekabrında Mərkəzi Çində qeydə alınıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirus epidemiyasının pandemiyaya çevrildiyini təsdiqləyib. Dünyanın 140-dan çox ölkəsində bu virusa yoluxma halı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yeni növ koronavirusa 207 mindən çox insan yoluxub, 8,6 mindən artıq insan bu xəstəlikdən ölüb.
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed