Şrift:
İranda 103 yaşlı qadın koronavirusdan sağalıb
20.03.2020 [10:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın yerli media orqanları koronavirusa yoluxmuş 103 yaşlı qadının sağaldığı barədə məlumat yayıblar.



"İrna" agentliyinin məlumatına görə, qadının 1 həftə öncə koronavirus testi müsbət çıxdığından, o , Simnan xəstəxanasına yerləşdirilib. Aparılan müalicələr nəticəsində adı açıqlanmayan xəstə tam sağalıb və dünən evə buraxılıb.



Bu qadın İranda virusdan sağalan ikinci yaşlı şəxs hesab edilir. Bir müddət öncə pandemiyaya yoluxmuş 91 yaşlı Kirman sakini olan kişi də 3 gün xəstəxanada müalicə aldıqdan sonra tam sağalaraq, martın 16-da evə buraxılıb. Onun yüksək qan təzyiqi və bronxial astma kimi digər xəstəliklərinin olmasına rəğmən, pandemiyadan qurtula bildiyi deyilir.



Xəbərlərdə həmin xəstələrin hansı üsul və dərmanlarla müalicə edildikləri barədə məlumat verilmir.



Qeyd etmək lazımdır ki, dünyanın bir neçə ölkəsində kəskin şəkildə yayılan koronavirus ən çox yaşlıların həyatına qarşı təhdid hesab edilir. Rəsmi statistikalara əsasən, pandemiyadan bu günə qədər İranda 1284 nəfər ölüb, xəstəliyə yoluxanların sayı isə 18 min 407 nəfərə yüksəlib.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed