Şrift:
Qırğızıstanda daha üç nəfərdə koronavirus aşkar olunub
20.03.2020 [12:01] - Gündəm, Sağlıq
Qırğızıstanda koronavirusa yoluxanların sayı 6 nəfərə çatıb.

Bu barədə Qırğızıstanın Səhiyyə naziri Kosmosbek Çolponbayev mətbuat konfransında məlumat verib. Bildirib ki, ilk 3 virus daşıyıcısı Cəlalabad vilayətinin Suzak rayonunun sakinləri olub. Onlar Səudiyyə Ərəbistanında ziyarətdə olublar və virus da oradan gətirilib. Koronavirusa yeni tutulan 3 nəfərin virusa yoluxduğu şərait dəqiqləşdirilir.

Nazir deyib ki, hazırda ölkədə koronavirusla bağlı 600-ə yaxın şəxs karantindədir.
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed