Şrift:
Amerika İrandan neft alan Birləşmiş Ərəb mirliklərinin 5 şirkətinə sanksiya qoyub
20.03.2020 [12:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ Maliyyə Nazirliyi beynəlxalq qadağaları pozaraq İrandan neft alan Birləşmiş Ərəb Əmirliklərinin 5 şirkətinə sanksiya qoyub.



ABŞ-ın maliyyə naziri Stiven Mnuçin martın 19-da yaydığı bəyanatda bildirib ki, BƏƏ-də qeydiyyata alınan “Petro Grand FZE”, “Alphabet International DMCC”, “Swissol Trade DMCC”, “Alam Althrwa General Trading LLC” və “Alwaneo LLC Co” şirkətləri 2019-cu ildə İrandan yüz minlərlə ton neft alıblar: “Həmin şirkətlər İran Milli Neft Şirkətindən aldıqları neftin mənşəyini gizlədərək, onu İraqdan aldıqlarını elan ediblər.



Təəssüflər olsun ki, İran rejimi neft və petrokimiya məhsullarının satışı yolu ilə əldə etdiyi pullarıİran xalqının refah və sağlamlığına yox, tabeliyində olan “Sepah”ın “Qüds” biriqadası kimi terrorçu qüvvə və qruplaşmalara sərf edir” -deyə, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib.



Bildirilir ki, sanksiyaya məruz qalmış həmin şirkətlərin Amerika Birləşmiş Ştatlarındakı əmlak və pullarına həbs qoyularaq, Amerika vətəndaşlarının onlarla hər hansı bir ticari müamiləsinə qadağa qoyulub.
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed