Şrift:
Elektron imza sertifikatının sifarişi onlayn qəbul ediləcək
20.03.2020 [12:31] - Gündəm, Siyasət
Elektron imza sertifikatının sifarişi onlayn qəbul olunacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına əsasən, koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə vətəndaş qəbullarının təxirə salındığı, müraciətlərin yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilməli olduğunu nəzərə alaraq bu gündən etibarən elektron imza sertifikatının sifarişi onlayn qəbul ediləcək. Onlayn sifariş edilən elektron imza sertifikatını ərizədə göstərilən yaşayış yerinə yaxın olan "Azərpoçt" MMC-nin poçt filiallarında yerləşən Qeydiyyat Mərkəzlərindən almaq mümkündür.

Zəng mərkəzi: 157
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed