Şrift:
Türkiyə tibb işçilərini alqışlayır
21.03.2020 [09:22] - Gündəm, Sağlıq
Türkiyədə yerli vaxtla saat 21:00-da dünyada sürətlə yayılan yeni növ koronavirusa (COVID-19) qarşı fasiləsiz mübarizə aparan tibb işçilərinə dəstək məqsədilə martın 20-də ikinci dəfə alqışlama aksiyası keçirilib.

Bu nəcib aksiya Türkiyənin Səhiyyə naziri Fahrettin Kocanın çağırışı əsasında reallaşıb. Vətəndaşlar evlərinin eyvanlarına çıxaraq eyni anda tibb işçilərini alqışlayıblar.

Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasına qarşı mübarizədə Türkiyə ən qabaqcıl ölkələrdəndir. Türkiyə hökuməti virusdan qorunmaq üçün ciddi izolyasiya tədbirləri görüb. Ən son məlumata görə, hazırda yeni növ koronavirusadan 9 nəfər ölüb, 670 nəfərdə isə yoluxma faktı qeydə alınıb. Ankara, İstanbul, Kayseri, Kocaeli və Konyada çox sayda insan karantində saxlanılır.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed