Şrift:
Ərəb ölkələrində koronavirusdan ölənlərin sayı artır
21.03.2020 [09:27] - Gündəm, Sosial
Martın 20-də ərəb ölkələrində koronavirusdan daha 3 ölüm faktı qeydə alınıb.

Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi COVID-19 virusuna yoluxmuş iki nəfərin öldüyü barədə məlumat yayıb. Həyatını itirənlərdən biri 78 yaşlı BƏƏ vətəndaşı, digəri isə 58 yaşlı əcnəbidir.

Koronavirusdan daha bir ölüm faktı Misirdə qeydə alınıb. Rəsmi məlumata görə, martın 20-də bu ölkədə COVID-19 virusuna 29 nəfər yoluxub və xəstələrin ümumi sayı 285-ə, koronavirus qurbanlarının sayı isə 8 nəfərə çatıb.

Həmin gün Səudiyyə Ərəbistanında da koronavirusa yoluxanların sayı artıb. Bu ölkənin Səhiyyə Nazirliyi 70 yeni yoluxma faktı qeydə alıb. Beləliklə, Krallıqda COVID-19 virusu daşıyıcılarının sayı 344 nəfərə çatıb. Qeyd olunub ki, koronavirusa yoluxma hallarının əksəriyyəti toy, matəm mərasimlərində baş verib. Lakin Səudiyyə Ərəbistanında bu günədək xəstəlikdən ölüm faktı qeydə alınmayıb.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed