Şrift:
Bu günədək Ukraynada 39 nəfər koronavirusa yoluxub
21.03.2020 [09:37] - Gündəm, Sosial
Ukraynada artıq 39 nəfər koronavirusa yoluxub.

Bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb. Artıq Xarkov şəhərində də ilk koronavirusa yoluxma faktı qeydə alınıb.

Ukraynanın Çernovtsı, Jitomir, Kiyev, Dneprpetrovsk, İvano-Frankovsk, Donetsk vilayətlərində, həmçinin Kiyev və Lvov şəhərlərində də koronavirusa yoluxma faktları qeydə alınıb. Bu virusdan isə 3 nəfər həyatını itirib.

Qeyd edək ki, Ukraynada aprelin 4-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib. Karantinin müddətinin uzaldılması gözlənilir.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed