Şrift:
Məşhədli rəsmi: "Məşhədə səfər qadağan edilməsə, şəhərdə insanlıq faciəsi yaşanacaq
21.03.2020 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məşhəd Şəhər Şurasının rəhbəri Məhəmmədrza Heydəri martın 19-da şəhərə 59 min maşının daxil olduğunu deyib.



O, İnstagram səhifəsində yerləşdirdiyi yazıda bunun ötən illə müqayisədə 42% azalma olduğunu göstərdiyini, lakin rəqəmin yenə də çox yüksək olduğunu bildirib.



Məhəmmədrza Heydəri rəsmilərə xitabən bildirib ki, əgər Məşhədə səfər qadağan edilməsə, şəhərdə koronavirusa yoluxmaya görə insanlıq faciəsi baş verəcək.



Qeyd etmək lazımdır ki, son günlər ərzində Məşhəd Şəhər Şurasının və İcra Hakimiyyətinin rəsmiləri koronavirusun daha da yayılmasının qarşısının alınması üçün dövləti təcili olaraq şəhəri karantinə almağa çağırmışdılar. Lakin Rəzəvi Xorasanının valisi bu tələbə qarşı çıxmışdı.



Rəsmi statistikalara əsasən, bu günə qədər Rəzəvi Xorasanı 711 nəfər koronavirusa yoluxub. Lakin Ümümdünya Səhiyyə Təşkilatı real rəqəmlərin İranın təqdim etdiyi rəsmi statistikalardan 5 dəfə çox olduğunu bildirir.



Digər tərəfdən, Məşhəd Tibb Elmləri İnstitutunun Korona Xəstələrinin Müalicəsi üzrə Komitəsinin sədri Əli Əsğər Əncidəni martın 16-da həmin ana qədər şəhərdə tənəffüs yollarının kəskin iltihabı və koronavirusa yoluxması ehtimal edilən 230 nəfərin öldüyü barədə məlumat yaymışdı.
Bu xəbər oxucular tərəfindən 281 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed