Şrift:
Tramp koronavirusa görə G-7 liderlərinin görüşünü təxirə salacaq
21.03.2020 [10:35] - Xəbərlər, Siyasət
Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp iyun ayında Kemp-Devid iqamətgahında keçirilməsi nəzərdə tutulan G-7 liderlərinin görüşünü COVID-19 pandemiyasına görə təxirə salacaq.



Bu barədə “Reuters” Ağ Evə istinadən məlumat yayıb.



Qeyd olunub ki, digər liderlər Trampın qərarı barədə məlumatlandırılıb.



Agentlik bildirib ki, “Yeddilik” liderləri arasında görüş video-konfrans vasitəsilə aprel və may aylarında baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed