Şrift:
“Təbriz fotbolu İranın bütün şəhərlərinin futbolundan fərqlidir” - Futbolçu
21.03.2020 [10:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Traxtur” futbol komandasının yerli olmayan oyunçularından biri Təbriz komandalarında futbolçuların inkişafı üçün daha yaxşı şərait olduğunu bildirib.



Bu barədə Əli Mübarəki “Fars” xəbər agentliyinə danışıb.



Hazırda Təbriz klublarının bir ilə müzakirə apararaq komandaya qoşulmaq üçün ilkin razılığa gəldiklərini bildirən futbolçu qeyd edib ki, “Traxtur” komandası başda olmaqla Təbriz futbolu İranın digər şəhərlərinin futbolu ilə fərqlidir. Təbrizdə azarkeşlər “Traxtur” komandası ilə yaşayır. Hər yerdə “Traxtur”un adı çəkilir. “Traxtur” və “Maşınsazi” klubları artıq bölgə əhalisinin mədəniyyətinin bir hissəsində çevrilib.”- deyə o bildirib.



Futbolçu vurğulayıb ki, oyunçular üçün Təbriz komandalarında oynamaqq bir fürsətdir. Onların inkişafı üçün burada lazimı şərait var.



“Yerli oyunçular bu fərqi görməyə bilər. Lakin yerli olmayan oyunçular Təbriz futbolunda fərqli vəziyyətin olduğunu yaxşı dərk edir. Burada oynayan futbolçular özlərini tanıtdılrmaq üçün bu vəziyyətdən istifadə edir. Ona görə də heç bir oyunçu Təbriz komandalarında nümayiş etdirdiyi oyunu digər komandalarda nümayiş etdirə bilmir.



Açıq deməliyəm ki, əksər futbolçular Təbriz komandaları, xüsusi ilə də “Traxtur”da oynamağa can atır. Lakin bəziləri bunu etiraf etmir. Bütün hallarda Təbriz İran futboluna xüsusi həyəcan töhvə verib, bu şəhər heç bir şəhərlə müqayisə oluna bilməz.”- deyə Əli Mübarəki əlavə edib.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed