Şrift:
İranda həbsxanada qiyam baş verib- Ölən və yaralanan var
22.03.2020 [10:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dünən axşam saatlarında İranın Loristan əyalətinin Əligudərz şəhər həbsxanasında qiyam baş verib.



Yerli rəsmilərin dediklərinə əsasən, məhkumlar həbsxanadan kütləvi qaça bilmək üçün qiyam başladıblar. Bu zaman onlarla həbsxana gözətçiləri və polislər arasında qarşıdurma yaşanıb.



Hadisə nəticəsində bir məhkumun öldüyü, 1-nin isə yaralandığı deyilir. Rəsmilər heç bir məhbusun qaçmağa müvəffəq olmadığını iddia edirlər.



Martın 19-da da Loristanın Xürrəmabad bölgəsində yerləşən Parsillon həbsxanasında oxşar hadisə baş vermişdi. 1 məhkumun ölümü, 1-nin yaralanması ilə nəticələnən qiyam zamanı 23 məhbus həbsxanadan qaça bilmişdi.



Qeyd etmək lazımdır ki, koronavirusun İranda yayılmasında sonra məhkumların bu xəstəliyə tutulma riski cəmiyyətdə narahatlıq doğurmağa başlayıb. Binası və şəraiti bərbad vəziyyətdə olan Əligudərz zindanı şəhər mərkəzində yerləşdiyindən, burada məhkumların virusa yoluxma ehtimalı çox yüksəkdir.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed