Şrift:
Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı kəskin artıb
22.03.2020 [10:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərində sayı artaraq davam edir.



Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayının 756 nəfərə çatdığını deyib.



Onun sözlərinə görə, Şərqi Azərbaycanda son 24 saat ərzində daha 72 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.



Somi keçən gün daha 7 nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə əyalətdə qurbanların sayının 72 nəfərə çatdığını bildirib.



Virusun bütün əyalətdə yayıldığını bildirən universitet rəisi əlavə edib ki, Təbrizdə ən çox yoluxma faktı Qarabaği, Xəlilabad, Cədiri, Lalə, Pastor və Vəliəsr məhəllələrində qeydə alınıb.



Güney Azərbaycanın digər əyalətlərində də təhlükəli virusa yoluxma halları və ölüm faktları qeydə alınıb.



Qərbi Azərbaycanın Tibb Universitetinin rəisi Cavad Ağazadənin verdiyi açıqlamaya əsasən əyalətdə 367 nəfərdə infeksiya aşkarlanıb, onlardan 23-ü həyatını itirib.



Son məlumata görə, Qərbi Azərbaycan Əyalətində koronavirusa yoluxma halları ən çox Urmiya, Bukan və Xoy şəhərlərində, ən azı isə Poləşt, Şot və Çaldıran şəhərlərində qeydə alınıb.



Ərdəbil Tibb Universitetinin rəis müavini Əfşin Fəthi cümə günü verdiyi açıqlamada koronavirusa yoluxanların sayına 35 nəfər, bu xəstəlikdən ölənlərin sayına isə bir nəfərin əlavə olunduğunu qeyd edib.

Onun sözlərinə görə, hal-hazırda əyalətdə koronavirusa yoluxanların sayı 266, sözügedən xəstəlikdən həyatını itirənlərin sayı isə 30-a çatıb.



Zəncan rəsmiləri isə əyalətdə infeksiyaya tutulanların sayının 366, ölənlərin sayının isə 16 nəfərə çatdığını bildirib.



Qəzvin əyalətində isə 581 nəfərin koronavirusa yoluxduğu, 67 nəfərin həyatını itirdiyi açıqlanıb.



Bu rəqəm Həmədanda 197 nəfərdir ki, onlardan 11 nəfərinin dünyasını dəyişdiyi təsdiqlənib.



Qeyd edək ki, qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu bildirir.
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed