Şrift:
İranda daha 123 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 1556 nəfərə yüksəlib
22.03.2020 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 21-də mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının sayı ilə bağlı yeni statistikasını yayıb.



Cahanpur deyib ki, son bir sutkada İranın müxtəlif şəhər və əyalətlərində daha 966 nəfərin “Covid-19” virusuna yoluxduğu aşkar edilib: “Təəssüflər olsun ki, dünən günorta saatlarından bu günə qədər ölkədə daha 123 nəfər koronavirusdan ölüb. Bununla da indiyə qədər ölkədə koronavirusdan ölənlərin sayı 1556 nəfərə çatıb, xəstəliyə yoluxanların sayı isə 20 min 610 nəfərə yüksəlib.



Xoşbəxtlikdən, bu günə qədər “Covid-19” yoluxanlardan 7635 nəfəri də sağaldıqdan sonra evə buraxılıb” -deyə, İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi əlavə edib.


Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusa yoluxanların sayının 20610 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 1556 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan edilənlərdən 5 dəfə çox olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 259 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed