Şrift:
İran rəsmisi: “Fars əyalətində saxta spirtdən zəhərlənənlərin sayı 475 nəfərə, ölənlərin sayı isə 66 nəfərə yüksəlib”
22.03.2020 [10:57] - Güney Azərbaycan xəbərləri
İran Fars əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Həsən Hemməti martın 21-də mediaya açıqlamasında əyalətdə saxta spirtdən zəhərlənənlərin yeni statistikasını yayıb.



O deyib ki, saxta spirtdən ən çox zəhərlənmə faktları əyalətin mərkəzi sayılan Şirazda qeydə alınıb: “Təəssüflər olsun ki, əyalətdə saxta spirtdən zəhərlənənlərin sayı 475 nəfərə, ölənlərin sayı isə 66 nəfərə yüksəlib. Hazırda isə zəhərlənənlərdən 409 nəfəri Şirazda və əyalətin digər şəhərlərinin tibb mərkəzlərində müalicə alırlar.


Qeyd edək ki, son həftələr İranın müxtəlif əyalətlərində koronavirusdan qorunmaq və stressdən qurtulmaq üçün saxta spirtli içkilərə pənah aparanların sayı sürətlə artıb. Nəticədə, minlərlə insan saxta spirtdən zəhərlənərək xəstəxanalıq olub, yüzlərlə insan isə həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed